Deputat bildirib ki, hər bir şəhidimizin döyüş şücaəti, cəsarəti, qəhrəmanlığı özünəməxsusdur və qürurvericidir.
"Şəhid mayor Məmmədov Anar Daşaltı istiqamətində 26 nəfər əsgəri mühasirədən çıxarıb, bütün qumbaralarını istifadə edib və sonda əsir düşməmək üçün özünü tapança ilə vurub. Qaraqaşlı məktəbində informatika müəllimi işləmiş şəhidimiz Elxan Rzayev Cəbrayıl istəqamətində qəlpə yarası almasına baxmayaraq, öz şəxsi təşəbbüsü ilə Qubadlı istiqamətində hücumda iştirak edib və şəhid olub. Tezliklə hər bir şəhidimizlə bağlı geniş məlumat paylaşacağam. Çünki bu cür qəhrəmanlıqları hər kəs bilməlidir".
K.Cəfərov daha sonra şəhid ailələrini narahat edən məsələlərdən söz açıb.
"Gələn həftə ərzində həmin məsələlərin həllinə nail olmağa çalışacağam. Hesab edirəm ki, qeyd etdiyim bütün məsələlər müəyyən təşəbbüslə tam həll edilə bilər və edilməlidir. Növbəti həftə Sabirabaddan olan və hazırda Bakı şəhərində yaşayan 5 şəhid ailəsini, həmçinin 63 saylı Sabirabad birinci seçki dairəsindən olan 42 qazimizi ziyarət edəcəyəm".
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


