Azərbaycan və Pakistan XİN arasında danışıqlar aparılır

 Azərbaycan və Pakistan XİN arasında danışıqlar aparılır
  14 Yanvar 2021    Oxunub:1412
Pakistanın Xarici İşlər Nazirliyində Azərbaycan və Pakistan nümayəndə heyətləri arasında görüş keçirilir.
Azvision.az xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.

Danışıqlarda nümayəndə heyətlərinə xarici işlər nazirləri Mahdum Şah Mahmud Qureşi və Ceyhun Bayramov rəhbərlik edir.

Pakistanın XİN rəhbəri Azərbaycanla oxşar dini, mədəni dəyərlər əsasında dərin qardaş münasibətlərinin olduğunu deyib.

Mahdum Şah Mahmud Qureşi ərazilərimizin Ermənistanın qanunsuz işğalından azad edilməsi münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq aləmdə Pakistanın aydın mövqe sərgilədiyini əlavə edib.

O, Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək istəyini dilə gətirib.

Danışıqlar zamanı təhsil, mədəniyyət, texnologiya daxil olmaqla iki ölkə arasında iqtisadi-ticarət, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin müxtəlif aspektləri müzakirə edilib.

Hər iki xarici işlər naziri xüsusilə enerji sektorunda iqtisadi əməkdaşlığın artırılmasınınn vacibliyini vurğulayıblar.

Nazirlər, həmçinin Pakistanla Azərbaycan arasında quru və hava əlaqələrini genişləndirmək barədə razılığa gəliblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   Pakistan   XİN  





Xəbər lenti