Almaniyada ilk Azərbaycan xeyriyyə təşkilatı yaradıldı
Tədbirdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir yumruq kimi birləşərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması naminə fədakar fəaliyyət göstərdikləri müsbət qiymətləndirilib. Qeyd edilib ki, "Varlıq" Fondu həmrəylik, yardımlaşma və paylaşma ənənələrinə sadiq qalaraq, yaxın gələcəkdə Avropa İttifaqı ərazisində yaşayan soydaşlarımızı və ürəyi Azərbaycanla döyünən hər kəsi bir araya gətirən körpü rolunu oynayacaq.
Fond şəhid və qazi ailələrinə yardımın təşkili ilə yanaşı, Azərbaycan tarixi, musiqisi və mədəniyyətinin dünyada tanıdılmasına, eləcə də elmin və təhsilin inkişafına dəstək göstərmək niyyətindədir.
Səsvermə nəticəsində Qurban Ələkbərov Fondun sədri, Nurlan Məmmədov və Cavidan Kərimli isə sədr müavinləri seçiliblər.
Azvision.az
Teqlər: Almaniya Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


