DİM-in 4 nəzarətçi-müəllimi Vətən Müharibəsində şəhid olub

DİM-in 4 nəzarətçi-müəllimi Vətən Müharibəsində şəhid olub
  14 Yanvar 2021    Oxunub:2093
2020-ci il imtahanlarında iştirak edən 50 nəzarətçi-müəllim Vətən müharibəsində iştirak edib. Onlardan 4-ü şəhid olub.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Şəhid olan müəllimlərimiz İmaməliyev Elvin Elsevər oğlu, Rəhimov Tural Arif oğlu, Hüseynli Etiram Həsən oğlu, Nəciyev Xalid Qabil oğludur. Onlar Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Allah onlara rəhmət eləsin!”

M.Abbaszadə bildirib ki, bu il müvafiq kateqoriyadan olan imtahanda iştirak edən nəzarətçi və müəllimlər 80 rayon və şəhərdən seçilib.

“38 müəllim fəxri fərmanla təltif olunub. Onlar ən azı 25 imtahanda iştirak ediblər. 600-dan çox bal toplayan abituriyent həmin nəzarətçilərin işini müsbət qiymətləndiriblər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Müəllim   Vətən-müharibəsi  






Xəbər lenti