”Qarabağdakı hadisələr həll olunmamış münaqişələrin yaratdığı riskləri göstərdi“ - ATƏT sədri

 ”Qarabağdakı hadisələr həll olunmamış münaqişələrin yaratdığı riskləri göstərdi“ -  ATƏT sədri
  14 Yanvar 2021    Oxunub:2266
İsveçin ATƏT-də sədrliyi müddətində münaqişələrin nizamlanması əsas prioritetlərdən biri olacaq.
Azvision.az xəbər verir ki, bunu İsveçin Xarici İşlər naziri, ATƏT-in hazırkı sədri Ann Linde ölkəsinin 2021-ci ildə ATƏT-ə sədrlik proqramını təqdim edərkən deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağdakı silahlı münaqişə, çoxlu sayda insan itkisi həll olunmamış münaqişələrin yaratdığı riskləri açıq şəkildə göstərdi.

Ann Linde ATƏT-in Qarabağla bağlı problemin həllinə töhfə verə biləcəyini vurğulayıb: "Biz ATƏT-in Minsk Qrupunu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini dəstəkləyəcəyik".

Onun sözlərinə görə, ATƏT-ə üzv ölkələrin ümumi problemlərinin ən yaxşı həlli üsulu çoxtərəfli əməkdaşlıqdır: "Sədrlik müddətində bu yanaşma əsas götürüləcək. Beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər, münaqişələrin yol açdığı ağrı-acılar qəbuledilməzdir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti