Paşinyan erkən seçki müzakirələrinə başlayıb

Paşinyan erkən seçki müzakirələrinə başlayıb
  14 Yanvar 2021    Oxunub:2185
Ermənistanın baş naziri Nikol Paşinyan “Respublika” partiyasının sədri Aram Sarkisyan və “Birləşmiş İşçi” partiyasının lideri Qurgen Arsenyanla ayrılıqda görüş keçirib.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.

Görüşlər zamanı 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi, Ermənistan iqtisadiyyatının inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Paşinyan siyasi qüvvələrin nümayəndələrinin fikirlərini dinləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti