“Uşaqlarımızın Qarabağda ölməsini istəmirik” - Erməni əsgər valideynləri etiraz edir

“Uşaqlarımızın Qarabağda ölməsini istəmirik” -  Erməni əsgər valideynləri etiraz edir
  14 Yanvar 2021    Oxunub:6753
Ermənistanda çağırışçı əsgərlərin valideynləri hökumət binası qarşısında etiraz aksiyası keçirir.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.
"Uşaqlarımız üçün təhlükəsizlik zəmanəti tələb edirik. Onların Qarabağa getməsini, xəsarət almasını, ölməsini istəmirik. Paşinyan 25-30 min əsgərin xilas edilməsindən danışdı. Qoy kimi və necə xilas etdiyini üzümüzə söyləsin", - deyə aksiya iştirakçıları bildiriblər.

Valideynlər, həmçinin döyüşlərdə iştirak edən əsgərlərin tərxis olunmasını tələb ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti