Yüksək rütbəli polis Paşinyana etiraz olaraq istefa verdi

 Yüksək rütbəli polis Paşinyana etiraz olaraq istefa verdi
  14 Yanvar 2021    Oxunub:2160
Ermənistanda siyasi vəziyyət hər ötən gün daha da gərginləşir.
Azvision.az xəbər verir ki, etirazlar fonunda baş nazir Nikol Paşinyanın istefasını tələb edənlərin sayı artır. Hakimiyyətdən narazılar arasında dövlət məmurları, hüquq-mühafizə xidmətinin əməkdaşları da var.

Erməni KİV-lərinin yaydığı məlumata görə, bu gün Ermənistan Polisinin mayoru Edqar Qaloyan sistemi tərk etdiyini açıqlayıb. O, Nikol Paşinyanın istefasını tələb edən qüvvələrə qoşulduğunu bəyan edib.

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən Ermənistan hakimiyyətində istefalar səngimir. Nikolun komandasını deputatlar və dövlət məmurları tərk edərək, baş nazirə etirazlarını bildirirlər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Mayor   Ermənistan-polisi   Paşinyan   Narazı  





Xəbər lenti