Ərdoğan canlı yayımda peyvənd olunacaq

Ərdoğan canlı yayımda peyvənd olunacaq
  14 Yanvar 2021    Oxunub:3300
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus əleyhinə peyvənd olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik bildirib.

Onun sözlərinə görə, bu gün AKP-nin iclasından sonra Ərdoğana canlı yayımda peyvənd vurulacaq.

Qeyd edək ki, ötən gün Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən alınan “Sinovac” vaksini ilə kütləvi peyvəndlənməyə start verilib. İlk peyvəndi Səhiyyə naziri Fahrettin Koca vurdurub.

Azvision.az


Teqlər: Ərdoğan   Peyvənd  





Xəbər lenti