Akopyanın gizli Rusiya səfəri: Silahlı mühafizəçilər də onunla gedib

 Akopyanın gizli Rusiya səfəri: Silahlı mühafizəçilər də onunla gedib
  14 Yanvar 2021    Oxunub:2898
Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın ölkəni birdəfəlik tərk edəcəyi barədə xəbərlər yayıb.
Azvision.az xəbər verir ki, bu gün “Mediaport” etibarlı mənbələrdən "siyasi qaçışla" bağlı informasiya əldə edib.

Məlumatda bildirilir: “Əvvəllər də xəbər verdiyimiz kimi, baş nazirin həyat yoldaşı Anna Akopyan və qızı Maryam Paşinyan ölkəni tərk etməyə hazırlaşırdılar. Bu gün onlar Rusiyaya çox gizli bir şəkildə səfər ediblər. Akopyanı onlarla silahlı mühafizəçinin müşayiət etdiyini öyrəndik. Nikol Paşinyanın tapşırığı ilə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Akopyan üçün Rusiya tərəfindən də xeyli sayda silahlı təhlükəsizlik işçisi istəyib”.

Ehtimal olunur ki, Anna Akopyan Rusiya vətəndaşlığını almaq üçün bu ölkəyə gedib. Ermənistan hökumətindən isə kimsə bu günə qədər yayılan sensasiyalı məlumata münasibət bildirməyib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Akopyan   Paşinyan   Rusiya  





Xəbər lenti