Türkiyədə yoluxma və ölüm sayı azalır

Türkiyədə yoluxma və ölüm sayı azalır
  15 Yanvar 2021    Oxunub:1979
Türkiyədə son sutka ərzində 170 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 8962 yeni yoluxma halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 23 495, virusa yoluxanlar isə 2 364 801 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 236 938 pasiyent (son sutkada 9011 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti