İrana qarşı yeni sanksiyalar tətbiq edildi

İrana qarşı yeni sanksiyalar tətbiq edildi
  15 Yanvar 2021    Oxunub:1430
ABŞ İranın bəzi şirkət və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edib.
Azvision.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Bildirilib ki, “Astan Quds Razavi” təşkilatına, onunla əlaqəli olan “Quds Razavi Mines” və “Razavi Oil And Gas Development” şirkətlərinə qarşı sanksiyalar tətbiq olunub.

Bundan əlavə, təşkilatın rəhbəri Höcətulislam Əhməd Mərvi və “Bərəkət” fondunun adları da sanksiyalar siyahısına salınıb.

Azvision.az


Teqlər: ABŞ   İran   Sanksiya  





Xəbər lenti