İndoneziyada güclü zəlzələ: Ölən və yaralılar var

İndoneziyada güclü zəlzələ:  Ölən və yaralılar var
  15 Yanvar 2021    Oxunub:1660
İndoneziyada baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində azı üç nəfər ölüb, 24 nəfər yaralanıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Qərbi Sulavesi vilayətində təxminən 2 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Fəlakət nəticəsində 60-dan çox bina dağılıb. Yeraltı təkanlar torpaq sürüşməsinə də səbəb olub.

Məlumata görə, zəlzələnin episentri Pare-Pare şəhərindən 139 km şimal-qərb məsafədə yerləşib. Təkanların ocağı 8 km dərinlikdə olub.

Azvision.az


Teqlər: Zəlzələ  





Xəbər lenti