COVID-19 qurbanlarının sayı 2 milyonu keçdi

 COVID-19 qurbanlarının sayı 2 milyonu keçdi
  15 Yanvar 2021    Oxunub:1675
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 93 milyon 533 min 175 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 2407 nəfərdir. İndiyədək 66 milyon 813 min 279 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata görə, ötən sutka ərzində 697 485 nəfər koronavirusa yoluxub, 15 835 nəfər dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 23 848 410 nəfər virusa yoluxub, 397 994 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 528 508 yoluxma qeydə alınıb. Onlardan 151 954 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 8 326 115 nəfərdə virus aşkar edilib. Xəstələrdən 207 160 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 3 495 816 yoluxma, 63 940 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 3 260 258 nəfər virusa yoluxub ki, onlardan 86 015-i həyatını itirib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti