Qazaxıstan hökuməti istefaya getdi

 Qazaxıstan hökuməti istefaya getdi
  15 Yanvar 2021    Oxunub:1360
Qazaxıstan hökuməti ölkə parlamentinin məclisinə (aşağı palata) seçkilərdən sonra istefaya gedib.
Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Qazaxıstan qanunlarına görə, hökumət yeni seçilmiş məclisdən əvvəl istefaya getməlidir. Eyni zamanda, hökumət üzvləri və baş nazir yeni Nazirlər Kabineti formalaşana qədər vəzifələrini icra edəcəklər.

Qazaxıstanda 10 yanvarda məclisə seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, keçmiş prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" partiyası 71.09% səslə seçkidə qalib gəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan   Hökumət  





Xəbər lenti