Almaniyada virusa yoluxanların sayı 2 milyonu ötdü

Almaniyada virusa yoluxanların sayı 2 milyonu ötdü
  15 Yanvar 2021    Oxunub:1055
Almaniyada son bir gündə koronavirusa 22 368 yoluxma aşkarlanıb, 1113 nəfər dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Qeyd edilib ki, Almaniyada virusa yoluxanların ümumi sayı 2 000 958-ə çatıb. İndiyədək koronavirusdan 44 994 nəfər ölüb, 1,3 milyondan çox xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti