Ermənilər təşviş içində: Bu foto ölkəni qorxuya saldı

  15 Yanvar 2021    Oxunub : 78481
 Ermənilər təşviş içində: Bu foto ölkəni qorxuya saldı
Erməni ictimai fəal Narek Samsonyanın sosial şəbəkələrdə paylaşdığı foto ölkəsində təşvişə səbəb olub.
Azvision.az -ın məlumatına görə, o, NATO hərbi geyimində olan bir nəfərin və yanında dayanmış erməni polisinin əks olunduğu fotonu paylaşaraq iddia edib ki, Azərbaycan hərbçiləri artıq Ermənistandakı marketlərdən alış-veriş edirlər. Onları isə erməni polislər və Müdafiə Nazirliyinin işçiləri müşayiət edib.

Fotodakı şəxsin guya azərbaycanlı olması erməni aktivistin ehtimalıdır.

Xatırladaq ki, bir ay öncə də İrəvanın mərkəzində Azərbaycan XTQ-nin hərbi geyimlərinə bənzər formalarda dayanan erməni hərbçilər sakinlər arasında çaşqınlıq yaratmışdılar. Belə NATO stilində olan geyim formaları erməni hərbçilərinin ənənəvi hərbi geyimi olmadığı üçün İrəvanda zaman-zaman buna bənzər təşviş yaradan hallar yaşanır.

Tural Tağıyev
Azvision.az

Teqlər: Erməni-fəal   Samsonyan   Hərbi-geyim   Təşviş