Senat andiçmədən bir saat sonra Trampın impiçment işinə baxacaq

Senat andiçmədən bir saat sonra Trampın impiçment işinə baxacaq
  15 Yanvar 2021    Oxunub:1124
ABŞ Konqresinin Senatı Cozef Baydenin andiçmə mərasimindən bir saat sonra 45-ci Prezident Donald Trampın impiçment prosesi çərçivəsində irəli sürülən ittihamları nəzərdən keçirəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Məlumata görə, Senatın 100 üzvü başqa qərar vermədiyi təqdirdə, Konqresin Nümayəndələr Palatası tərəfindən Trampa qarşı irəli sürülən ittihamların araşdırılması 20 yanvar tarixində, yerli vaxtla saat 13:00-da baş tutacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Senat   Tramp  





Xəbər lenti