ABŞ-ın “qara siyahısı”na düşən “Xiaomi”nin səhmləri ucuzlaşdı

ABŞ-ın “qara siyahısı”na düşən “Xiaomi”nin səhmləri ucuzlaşdı
  15 Yanvar 2021    Oxunub:991
Çinin smartfon istehsalçısı “Xiaomi”nin səhmləri ABŞ-da "qara siyahı"ya düşməsi fonunda ucuzlaşıb.
Azvision.az xəbər verir ki, bu barədə “TASS” Honkonq Fond Birjasına istinadla məlumat yayıb.

Qeyd edilib ki, şirkətin səhmləri 11,18% ucuzlaşıb.

ABŞ rəhbərliyi smartfon istehsalçısı “Xiaomi” də daxil olmaqla 9 Çin şirkətini Amerika investorları üçün qadağan edilmiş siyahıya daxil edib.

Daha əvvəl Prezident Donald Tramp 11 yanvar 2021-ci il tarixindən Amerika vətəndaşlarının və şirkətlərinin Çinin hərbi firmalarından qiymətli kağızlar almasını qadağan edən fərman imzalayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Xiaomi  





Xəbər lenti