Sarkisyan İrəvandan köçdü

 Sarkisyan İrəvandan köçdü
  15 Yanvar 2021    Oxunub:1973
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan yaşamaq üçün Çaxkadzor kurortuna köçüb.
Azvision.az xəbər verir ki, bu barədə "Joxovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, Sarkisyan hökumətin təklif etdiyi mənzildən imtina edib. Daha sonra “Avilon” şirkətinin rəhbəri Kamo Avaqumyan onun üçün ev tikməyə qərar verib. Ancaq üçüncü prezident İrəvandan ayrılmağı qərara alıb və yeni ili qeyd etdiyi Çaxkadzora köçüb.

Sarkisyan burada restoranlardan birində görünüb. O, prezidentlik dövründə təhlükəsizliyini təmin edən mühafizəçilərinin əhatəsində olub

“Sarkisyan üzgün və kədərli görünürdü", - deyə nəşr yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SerjSarkisyan  





Xəbər lenti