Ermənistan MTX Qarabağdan silah qaçaqmalçılığının üstünü açdı - VİDEO

Ermənistan MTX Qarabağdan silah qaçaqmalçılığının üstünü açdı -  VİDEO
  15 Yanvar 2021    Oxunub:1997
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Qarabağdan qanunsuz avtomat və digər silah qaçaqmalçılığı işinin üstünü açıb.
Azvision.az xəbər verir ki, bu barədə MTX-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, cinayət sxemini İrəvan sakini S. B. təşkil edib. Sentyabrın 27-də hərbi əməliyyatların başlanmasından sonra o, könüllü Qarabağa gedib. Bir qrup şəxslə əlbir olaraq, qanunsuz şəkildə Qarabağdan gətirdiyi silahları İrəvandakı mənzilinə yerləşdirib. Noyabr ayının əvvəllərində onları 500-600 dollara satmağa hazırlaşıb. Axtarış zamanı onun mənzilindən avtomatlar, patronlar və digər döyüş sursatları tapılıb.



Bundan əlavə, Sünik bölgəsinin Tex kəndində İrəvana qanunsuz daşınması və satışı nəzərdə tutulmuş silahların saxlanıldığı anbarlar aşkarlanıb. Ümumilikdə 43 ədəd Kalaşnikov avtomatı, təxminən 7.62 çaplı 280 patron, 23 qutu 5.45 patronu ələ keçirilib.

Milli Təhlükəsizlik Xidməti vətəndaşları qanunsuz olaraq əldə etdikləri silah-sursatları təhvil verməyə çağırıb. Bu halda onların cinayət məsuliyyətindən azad ediləcəyi bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   MTX   Silah   Qarabağ  



Xəbər lenti