Baxçalı koronavirusa qarşı peyvənd olundu

Baxçalı koronavirusa qarşı peyvənd olundu
  15 Yanvar 2021    Oxunub:1235
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı koronavirusa qarşı peyvənd olunub.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, partiya rəhbəri bu gün MHP-nin qərargahında vaksin vurdurub.

"Səhiyyə naziri Fəxrəddin Qocanın dəvəti ilə davam edən peyvənd proqramımız çərçivəsində koronavirus vaksini aldım. Bu epidemiyadan çox yaxında birlikdə qurtaracağımıza ümid edirəm və bütün insanlarımızı peyvənd olunmağa çağırıram", - deyə Baxçalı bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: DövlətBağçalı  



Xəbər lenti