Əsgər Mamin yenidən Baş nazir təyin edildi

Əsgər Mamin yenidən Baş nazir təyin edildi
  15 Yanvar 2021    Oxunub:2166
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Əsgər Mamini yenidən Baş nazir vəzifəsinə təyin edib.
Azvision.az xəbər verir ki, bunula bağlı ölkə başçısı sərəncam imzalayıb.

Xatırladaq ki, yanvarın 10-da Qazaxıstan parlamentinin aşağı palatasına seçkilər keçirilib. Sabiq prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi “Nur Otan” partiyası seçkilərdə qalib gəlib.

Bundan əvvəl Prezident Tokayev məclis seçkiləri başa çatdıqdan sonra həm baş nazirin, həm də hökumət üzvlərinin namizədliyi barədə fraksiya rəhbərləri ilə məsləhətləşmək üçün parlamentə gedəcəyini söyləmişdi.

Nazarbayev, Əsgər Maminin prezident tərəfindən Baş nazir vəzifəsinə təqdim ediləcəyi təqdirdə, “Nur Otan” fraksiyası üzvlərinə onu dəstəkləmək üçün müraciət etmişdi.

Məlumat üçün bildirək ki, Mamin 25 fevral 2019-cu ildən Qazaxıstan hökumətinin başçısıdır. Onun yenidən Baş nazir seçilməsi üçün 78 nəfər lehinə səs verib, 21 deputat isə bitərəf qalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Başnazir   Qazaxıstan  



Xəbər lenti