Rusiya Açıq Səma Müqaviləsindən çıxır

 Rusiya Açıq Səma Müqaviləsindən çıxır
  15 Yanvar 2021    Oxunub:3343
Rusiya Açıq Səma Müqaviləsindən çıxmaq üçün prosedurlara başlayır.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Məlumata görə, Rusiya prosedurlar başa çatdıqdan sonra depozitarlara Açıq Səma Müqaviləsindən çıxması barədə bildiriş göndərəcək.

Qeyd edək ki, Açıq Səma Müqaviləsi 24 mart 1992-ci ildə Helsinkidə imzalanıb və 35 üzv dövlət qoşulub. Müqaviləyə qoşulan dövlətlər potensial və faktiki hərbi fəaliyyətlər haqqında məlumat toplamaq üçün müqavilənin digər tərəflərinin əraziləri üzərində müşahidə uçuşları həyata keçirə bilərlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti