Rusiya Açıq Səma Müqaviləsindən çıxır
Məlumata görə, Rusiya prosedurlar başa çatdıqdan sonra depozitarlara Açıq Səma Müqaviləsindən çıxması barədə bildiriş göndərəcək.
Qeyd edək ki, Açıq Səma Müqaviləsi 24 mart 1992-ci ildə Helsinkidə imzalanıb və 35 üzv dövlət qoşulub. Müqaviləyə qoşulan dövlətlər potensial və faktiki hərbi fəaliyyətlər haqqında məlumat toplamaq üçün müqavilənin digər tərəflərinin əraziləri üzərində müşahidə uçuşları həyata keçirə bilərlər.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Rusiya







Vaxtında, Aydın, Lazımlı!


