“Peyvəndin hər hansı yan təsirləri yoxdur” - Ərdoğan
Onun sözlərinə görə, 28 gündən sonra ikinci dozanı qəbul edəcək: “Peyvəndin hər hansı yan təsirləri yoxdur, özümü çox yaxşı hiss edirəm, 28 gün ərzində ikinci dozanı qəbul edəcəyəm".
Xatırladaq ki, Türkiyədə yanvarın 14-dən Çinin "SinoVac" şirkətinin vaksinləri ilə koronavirusa qarşı peyvəndləmə başlayıb. Dörd mərhələdə reallaşacaq peyvəndi ilkin olaraq həkimlər və risk qrupuna daxil olanlar alacaq. Birinci mərhələdə 9 milyona yaxın insan peyvəndlə əhatə olunacaq. İlk iki gündə təxminən 500 min nəfər peyvənd olunub.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ərdoğan Türkiyə Peyvənd







Vaxtında, Aydın, Lazımlı!


