Makron Ərdoğanla görüşmək istəyir

 Makron Ərdoğanla görüşmək istəyir
  15 Yanvar 2021    Oxunub:2349
Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Azvision.az NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, məktubda Makron iki ölkə arasında münasibətləri inkişaf etdirmək istədiklərini,Türkiyəyə verdikləri əhəmiyyəti və qarşıdakı dövrdə Prezident Ərdoğanla görüşməyi arzu etdiyini bildirib.

“Gözəl, pozitiv, hətta bəzi yerlərində türkcə ifadələrin olduğu bir məktub aldıq. Prezidentimizə təqdim etdik və o da “məmnuniyyətlə görüşərik” ded".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa  



Xəbər lenti