Monitorinq mərkəzində 60 türk hərbçisi xidmət edəcək

 Monitorinq mərkəzində 60 türk hərbçisi xidmət edəcək
  15 Yanvar 2021    Oxunub:2250
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi üçün yer müəyyənləşib, tikintiyə başlanılıb.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, mərkəz Ağdamda təmas xəttinə 8 kilometrlik məsafədə yerləşəcək.

“İlkin mərhələdə 60 türk, 60 rus hərbçi Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək. Türk hərbçiləri artıq Azərbaycana yola düşməyə başlayıb. Bu, yalnız bir mərkəz kimi fəaliyyət göstərəcək”, - deyə Çavuşoğlu qeyd edib.

XİN rəhbəri vurğulayıb ki, məsələ ilə əlaqədar gələcəkdə ehtiyac yaranarsa, Azərbaycanla ikitərəfli danışıqlar aparılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MövludÇavuşoğlu  



Xəbər lenti