ABŞ-ın Səhiyyə naziri istefa verdi

ABŞ-ın Səhiyyə naziri istefa verdi
  16 Yanvar 2021    Oxunub:1336
ABŞ-ın Səhiyyə naziri Aleks Azar istefa verib.
Azvision.az "CNN"ə istinadən xəbər verir ki, onun istefa qərarına səbəb yanvarın 6-da Vaşinqtonda baş vermiş iğtişaşlardır.

Qeyd edilib ki, Azarın istefası simvolik xarakter daşıyır və heç bir praktiki nəticə gözlənilmir. Çünki o, bu və ya digər halda 20 yanvar tarixinədək vəzifəsində qalacaq, yalnız bundan sonra səlahiyyət müddəti bitəcək.

ABŞ-da kabinet üzvləri ənənəvi olaraq səlahiyyət müddəti bitən prezidentlə birlikdə istefaya gedir.

Bundan əvvəl Təhsil naziri Betsi Devos, Nəqliyyat naziri Eleyn Çao, eyni zamanda daxili təhlükəsizlik naziri Çed Vulf da istefa verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Nazir   İstefa  



Xəbər lenti