"Facebook" Trampın hesablarını bərpa etdi

"Facebook" Trampın hesablarını bərpa etdi
  16 Yanvar 2021    Oxunub:1534
ABŞ-ın hazırkı Prezidenti Donald Trampın “Facebook” və “İnstagram” səhifələri bərpa olunub.
Azvision.az xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.

Daha əvvəl “Facebook”un rəhbəri Mark Zukerberq vəzifəsindən ayrılana qədər Trampın səhifələrinin blokda qalacağını yazmışdı.

ABŞ liderinin “Twitter” hesabı isə blokda qalmaqda davam edir.

Xatırladaq ki, Tramp “Twitter”dən digər sosial şəbəkələrdən daha fəal istifadə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DonaldTramp  



Xəbər lenti