Almaniyada koronavirusdan daha 980 nəfər ölüb

Almaniyada koronavirusdan daha 980 nəfər ölüb
  16 Yanvar 2021    Oxunub:997
Almaniyada son bir gündə koronavirusa 18 678 yeni yoluxma faktı qeydə alınıb, 980 nəfər dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Qeyd edilib ki, Almaniyada virusa yoluxanların ümumi sayı 2 019 636-ya çatıb. İndiyədək koronavirusdan 45 974 nəfər ölüb, 1,6 milyondan çox xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  



Xəbər lenti