Yaponiyada güclü qar fəsadlar yaradıb, 9 ölü- VİDEO
Yaponiyanın Meteorologiya Xidmətindən bildiriblər ki, fevralın 15-də səhər saat 9-a olan məlumata görə, Yamanasi prefekturasının Kofu şəhərində qarın qalınlığı 1 metr 14 santimetrə bərabər olub. Bu, müvafiq statistikanın aparılmağa başladığı son 120 ildə rekord göstəricidir.
Tokio da isə qarın hündürlüyü bir həftə əvvəlki göstəricini təkrarlayaraq, son 45 ildə ikinci dəfə 30 santimetrə çatıb.
Tokionun dəmir yolu şirkətləri qar nəticəsində baş vermiş qəzalara görə qatarların hərəkətini dayandırmağa məcbur olublar.
Güclü qar universitetlərdə qəbul imtahanlarının cədvəlinə də mənfi təsir göstərib. Yaponiya paytaxtındakı universitetlərin bir çoxu imtahanların başlama vaxtını 1-3 saat geriyə çəkməyə məcbur olublar.