Qırğızıstandakı seçkilərin rəsmi nəticələri açıqlandı

Qırğızıstandakı seçkilərin rəsmi nəticələri açıqlandı
  16 Yanvar 2021    Oxunub:2325
Qırğızıstanın Mərkəzi Seçki Komissiyası (MSK) erkən prezident seçkilərinin rəsmi nəticələrini açıqlayıb.
Azvision.az xəbər verir ki, bülletenlərin 100% -nin sayılmasından sonra Sadır Japarov səslərin 79.23%-ni alaraq qalib gəlib.

Ona seçicilərin 1,1 milyondan çoxu (79.23%) səs verib. İkinci yerdə 95 min səslə Adaxan Madumarov (% 6,8) qərarlaşıb.

Qeyd edək ki, bazar günü Qırğızıstanda prezident seçkiləri və respublikada idarəetmə formasını təyin etmək üçün referendum keçirilib. Ölkə üzrə seçici fəallığı 39,33 faiz təşkil edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qırğızıstan   Seçki  



Xəbər lenti