Erməniyə Bayden administrasiyasında vəzifə verildi - FOTO

Erməniyə Bayden administrasiyasında vəzifə verildi -  FOTO
  16 Yanvar 2021    Oxunub:2201
Erməni əsilli Ayk Hacınazaryan Cozef Bayden administrasiyasında Ağ Evin regional kommunikasiya şöbəsinin rəhbəri təyin edilib.
Azvision.az xəbər verir ki bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti və vitse-prezidentinin saytında məlumat dərc edilib.

Ayk Hacınazaryan Baydenin Qərbi Pensilvaniyada seçki kampaniyasının mətbuat katibi olub. Bundan əvvəl Nyu-Hampşir, Nevada, Texas, Ohayo və digər əyalətlərdə keçirilən ilkin seçkilər və ümumi seçkilər zamanı məlumat dəstəyi verib. Baydenin kampaniyasına qoşulmadan əvvəl, İndiana ştatından senator Co Donellinin sözçüsü, daha sonra Nümayəndələr Palatası Daxili təhlükəsizlik komitəsində mətbuat katibinin müavini vəzifəsində çalııb.

O, Ohayo ştatının Kolumbus şəhərində Livandan gəlmiş erməni ailəsində anadan olub. İndiana Universiteti və Corc Vaşinqton Universitetində siyasi idarəetmə təhsili alıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: CoBayden   ABŞ  





Xəbər lenti