Paşinyan etiraz edən əsgər valideynləri ilə görüşdü

Paşinyan etiraz edən əsgər valideynləri ilə görüşdü
  16 Yanvar 2021    Oxunub:1517
Ermənistanda övladlarının Qarabağa göndərilməsinə etiraz edən valideynlərin bir qrupu baş nazir Nikol Paşinyanla görüşüb.
Azvision.az xəbər verir ki, əsgər valideynlərindən biri Suren Culxakyan baş nazirə öz etirazlarını çatdırdıqlarını deyib.

“Onlar bu məsələləri yaxşı bilirlər, amma biz də fikrimizi söyləyib, etirazımızı bildirdik. Suallarımıza cavab almaq üçün yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəlinib", - o söyləyib.

Əsgər valideynləri görüşdən razı qalmadıqlarını söyləyiblər: "Qaldırdığımız məsələlərin həlli barədə danışmaq hələ tezdir. Baş nazirlə ikinci görüşdən sonra detallar haqqında ətraflı məlumat verəcəyik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti