“Gürcü Arzusu”nun yeni sədri məlum oldu

“Gürcü Arzusu”nun yeni sədri məlum oldu
  16 Yanvar 2021    Oxunub:1650
Gürcüstan parlamentinin sabiq spikeri İrakli Kobaxidze hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri seçilib.
Azvision.az xəbər verir ki, onun namizədliyi partiyanın bu gün keçirilən qurultayında yekdilliklə dəstəklənib.

Yeni sədr göstərilən etimada görə minnətdarlığını bildirib.

43 yaşlı siyasətçi bundan əvvəl “Gürcü Arzusu”nun icraçı katibi olub. 2016-2019-cu illərdə parlamentin spikeri vəzifəsini tutub.

Qeyd edək ki, partiyanın keçmiş sədri Bidzina İvanişvili yanvarın 11-də vəzifəsini tərk edib. Gürcü milyader siyasətdən getdiyini açıqlayıb.

Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti