Misirdə 3600 illik tarixi olan mumiya aşkarlanıb - FOTO

Misirdə 3600 illik tarixi olan mumiya aşkarlanıb - FOTO
  16 Fevral 2014    Oxunub:1295
İspaniya arxeoloqları Misirin cənubundakı Luksor şəhərində qazıntılar aparırlar. Misir KİV-ləri xəbər verirlər ki, qazıntılar zamanı maraqlı qədim nümunələr aşkarlanıb. O cümlədən, İspaniya arxeoloqları təxmini hesablamalara görə 3600 yaşı olan mumiya aşkarlayıblar.

AzVision.az Reuters agentliyinə istinadən xəbər verir ki, Misirin Qədim və Tarixi Abidələr Nazirliyinin məlumatına görə, yeni mumiya eramızdan əvvəl 1600-cü ildə fironların 17-ci sülaləsinin hakimiyyəti zamanı hazırlanmışdır. Qədim və tarixi abidələr üzrə nazir Məhəmməd İbrahim bildirib ki, sarkofaqda tapılan mumiya yüksək vəzifəli məmura mənsubdur.

M.İbrahim deyib ki, “Sarkofaqda həmin məmurun adı yazılmışdır, lakin sarkofaq 3600 il əvvəl hazırlandığı üçün hələlik heroqlifləri oxumaq mümkün olmayıb”.


Teqlər:





Xəbər lenti