Paşinyan müxalifətin “baş naziri”nə qarşı hücuma keçdi

Paşinyan müxalifətin “baş naziri”nə qarşı hücuma keçdi
  16 Yanvar 2021    Oxunub:2215
Ermənistan müxalifətinin baş nazir vəzifəsinə vahid namizədi Vazgen Manukyana qarşı Gümrüdə keçirilən aksiya birbaşa baş nazir Nikol Paşinyanın göstərişi əsasında təşkil edilib.

Azvision.az xəbər verir ki, bu barədə “Past.am” nəşri yazıb.
“Əldə etdiyimiz məlumata görə, aksiyanı Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasının deputatı Andranik Koçaryan Hərbi polisin rəisi Aşot Zakaryanın köməyi ilə təşkil edib.

Azərbaycanda saxlanılan Gümrüdən olan “əsirlərin” qohumlarını Nikol Paşinyanın danışıqlar aparıb, övladlarını geri qaytara bilməsi üçün aksiya keçirməyin lazım olduğuna inandırıblar. Çoxları Vazgenlə görüşdə iştirak edəcəkləri təqdirdə, heç kimin övladları ilə maraqlanmayacağı təhdidini alıb.

Aksiyada mümkün qədər çox iştirakçının olduğunu təmin etmək üçün Gümrünün bəzi cinayətkar dairələri də prosesə cəlb edilib. Eyni cinayətkar dairələr vasitəsilə Nikol Paşinyana qarşı çıxan fəal vətəndaşlar təhdid edilib və Vazgen Manukyanla görüşdə iştirak edənlərdən intiqam alacağını söyləyiblər. Lakin, hər şeyə rəğmən, iclas salonunda xeyli adam var idi, aksiyada isə daha az adam iştirak edirdi", - deyə məqalədə vurğulanıb.

İddiaya görə, Nikol Paşinyanın tərəfdarlarının dairəsi o qədər daralıb ki, Andranik Koçaryan və Aşot Zakaryana aksiyalarda insanların iştirakını təmin etmək həvalə olunub.

Xatırladaq ki, Manukyan bölgələrdə vətəndaşlarla görüşlərə başlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan   Görüş  





Xəbər lenti