“22 min müəssisə bağlanıb, Nikol isə “qızıl dağlar” vəd edir”

 “22 min müəssisə bağlanıb, Nikol isə “qızıl dağlar” vəd edir”
  16 Yanvar 2021    Oxunub:2122
Erməni politoloq Qagik Hambaryan Ermənistanda iqtisadi fəlakət yaşandığını bildirib.
Azvision.az xəbər verir ki, o, baş nazir Nikol Paşinyanın xalqın başının altına yastıq qoymaqla məşğul olduğunu deyib.

“Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, 2020-ci ildə Ermənistanda 22.154 müəssisə bağlanıb. Bu da 2019-cu illə müqayisədə 52% çoxdur. Baş nazir kreslosuna yapışıb qalmış şəxs bu fəlakətli məlumatları bilə-bilə bir neçə gün əvvəl "qızıl dağlar" vəd etdi. Bir daha cəmiyyətə yalan danışdı”,- deyə erməni politoloq vurğulayıb.



Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Politoloq   Paşinyan   Yalan-vədlər  





Xəbər lenti