İranda daha 6100 nəfər virusa yoluxub

İranda daha 6100 nəfər virusa yoluxub
  16 Yanvar 2021    Oxunub:2083
İranda son sutka ərzində koronavirusa 6100 nəfər yoluxub, 96 nəfər isə həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, İranda yoluxanların sayı 1 milyon 395 min 324, ölənlərin sayı isə 56 min 717 nəfərə çatıb. Hazırda 4 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır. İndiyədək 1 milyon 110 mindən çox xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: İran   Koronavirus   Pandemiya  





Xəbər lenti