İndoneziyada zəlzələ qurbanlarının sayı artıb

İndoneziyada zəlzələ qurbanlarının sayı artıb
  17 Yanvar 2021    Oxunub:1493
İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə İndoneziya Təbii Fəlakətlərə Qarşı Mübarizə Milli Agentliyi məlumat yayıb. Daha 637 nəfərin xəsarət aldığı bildirilib.

Qərbi Sulavesi əyalətinin hakimiyyət orqanları regionda fövqəladə vəziyyət rejimi elan ediblər.

Xatırladaq ki, yanvarın 15-də gecə saatlarında Qərbi Sulavesi əyalətinin Mamucu şəhəri yaxınlığında 6,2 və 5,7 bal gücündə ardıcıl zəlzələlər baş verib. 15 mindən çox sakin zəlzələ səbəbindən evlərini tərk edib.

Azvision.az


Teqlər: Zəlzələ   İndoneziya  





Xəbər lenti