Türkiyədə bir gündə 168 nəfər koronavirusdan öldü

  16 Yanvar 2021    Oxunub : 1111
Türkiyədə bir gündə 168 nəfər koronavirusdan öldü
Türkiyədə son sutka ərzində 168 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 7550 yeni yoluxma halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 23 832, virusa yoluxanlar isə 2 380 665 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 254 052 pasiyent (son sutkada 8005 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az

Teqlər: Türkiyə   Koronavirus   Pandemiya