Dağıstanlı redaktor ölkəmizə buraxılmadı
“ Səhər saat 3-dən sərhəd nəzarət məntəqəsindəyəm, lakin məni şəhərə buraxmırlar. Mənə gözləməyimi bildirdilər. Növbə rəisi isə deyir ki, bu mənim problemimdir”-deyə Fətullayev Rusiya mətbuatına bildirib.
Milard Fətullayev aeroportda saxlanılmasının əsas səbəbini bir müddət əvvəl Ermənistana səfəri ilə əlaqələndirir. “ Zənnimcə , xarici pasportumda Ermənistana səfərimlə bağlı qeyd Azərbaycan sərhədçilərini şübhəyə salıb. Lakin mənim səfərim işgüzar xarakter daşıyıb.”
AzVision.az