İndoneziyada zəlzələ qurbanlarının sayı artdı - YENİLƏNİB

İndoneziyada zəlzələ qurbanlarının sayı artdı -  YENİLƏNİB
  17 Yanvar 2021    Oxunub:2764
İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə İndoneziya Təbii Fəlakətlərə Qarşı Mübarizə Milli Agentliyi məlumat yayıb.

Təbii fəlakət zamanı azı 844 nəfər xəsarət alıb.

***
İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə İndoneziya Təbii Fəlakətlərə Qarşı Mübarizə Milli Agentliyi məlumat yayıb.

Təbii fəlakət nəticəsində 826 nəfərin yaralandığı bildirilib.

Xatırladaq ki, yanvarın 15-də gecə saatlarında Qərbi Sulavesi əyalətinin Mamucu şəhəri yaxınlığında 6,2 və 5,7 bal gücündə ardıcıl zəlzələlər baş verib. 15 mindən çox sakin zəlzələ səbəbindən evlərini tərk edib.

Azvision.az


Teqlər: İndoneziya   Zəlzələ  





Xəbər lenti