Koronavirusa yoluxanların sayı 95 milyonu keçdi - YENİLƏNİB

 Koronavirusa yoluxanların sayı 95 milyonu keçdi -  YENİLƏNİB
  18 Yanvar 2021    Oxunub:3015
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 95 milyon 162 min 661 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının ümumi sayı 2 milyon 34 min 480 nəfərdir.

İndiyədək 67 milyon 937 min 205 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Hazırda 113 min 415 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

COVID-19 virusuna ən çox yoluxma və ölüm halları ABŞ, Hindistan, Braziliya, Rusiya və Böyük Britaniyada aşkarlanıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti