Qonşu ölkədə zəlzələ oldu

Qonşu ölkədə zəlzələ oldu
  17 Yanvar 2021    Oxunub:1819
Gürcüstanın cənub-şərqində, paytaxt Tbilisidən 58 kilometr aralıda 3 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar saat 03:39-da Kvemo Kartli bölgəsində qeydə alınıb. Zəlzələnin mənbəyi 12 km dərinlikdədir.

İtkilər və dağıntılar barədə məlumat verilməyib.

Azvision.az


Teqlər: Gürcüstan   zəlzələ  





Xəbər lenti