Rusiya XİN: ABŞ-la dialoqa hazırıq

  17 Yanvar 2021    Oxunub : 1040
  Rusiya XİN:  ABŞ-la dialoqa hazırıq
Rusiya yeni seçilmiş Prezident Cozej Baydenin rəhbərliyi altında ABŞ ilə dialoqa açıqdır.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Hər hansı kəskin düzəliş olacağını təxmin etmirik. Prinsipcə heç bir irəliləyiş proqnozlaşdırılmır, çünki insanlar tezislərini dəyişdirməyiblər. Normal, qarşılıqlı hörmətə əsaslanan dialoqa açığıq",- deyə Zaxrova bildirib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Rusiya   ABŞ