“Nikol xaindir” deyən müxalifət fəalı saxlanıldı - VİDEO
Akopyan Bağdasaryanın tutulmasını qanunsuz hesab edir. O, müxalifətin mitinqi zamanı İrəvanın mərkəzində baş vermiş hadisənin videosunu sosial şəbəkədə paylaşıb.
Kadrlarda təhlükəsizlik xidməti əməkdaşlarının müxalifətçini avtomobildən zor tətbiq edərək çıxardığı, onu polis maşınına mindirməyə çalışdığı görünür. Bağdasaryan müqavimət göstərib və polis maşınına minmədən əvvəl dəfələrlə "Nikol xaindir" şüarları səsləndirib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Ermənistan İrəvan