“Ermənilərin dini abidələri dağıtması bəşəriyyətin təhqir olunmasıdır” - TÜRKSOY-un baş katibi

 “Ermənilərin dini abidələri dağıtması bəşəriyyətin təhqir olunmasıdır” -   TÜRKSOY-un baş katibi
  18 Yanvar 2021    Oxunub:1830
“İndi hamımız ümumi səylərimizlə bu yerləri bərpa etməliyik”.
Azvision.az xəbər verir ki, bu sözləri Ağdam şəhərinin dağıntıları ilə tanış olan TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib.

Ermənilərin Ağdam Cümə məscidində törətdikləri vandalizmi görən Düsen Kaseinov bildirib: "Bu, bütün bəşəriyyətə qarşıdır. Çünki dini abidələrin dağıdılması xalqın, dinin təhqir olunmasıdır. Deməli, bütün bəşəriyyətin təhqir olunmasıdır".

TÜRKSOY-un baş katibi qeyd edib ki, quraqlıqdan sonra münbit torpaqlar yağış gözlədiyi kimi, bu torpaqlar da mədəniyyətin, incəsənətin buraya qayıtmasını gözləyir:

“Azərbaycan xalqı, türk xalqlarının görkəmli nümayəndələri tərəfindən yaradılmış abidələr, memarlıq əsərləri yenidən bərpa olunsun və bu mübarək torpaq yenidən canlansın. Ümumi mədəniyyətimizin dirçəlişi buraya gəlsin”.

Azvision.az


Teqlər: TÜRKSOY-unbaşkatibi  





Xəbər lenti