Türkiyədə gələn aydan məktəblər açılacaq

Türkiyədə gələn aydan məktəblər açılacaq
  18 Yanvar 2021    Oxunub:1393
Fevralın 15-dən Türkiyədə orta məktəblərin mərhələli şəkildə açılması planlaşdırılır.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Təhsil naziri Ziya Selçuk bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə təhsil müəssisələrinin hər iki dərs günündən bir fasilə verməsi və ya bəlli siniflər səviyyəsində mərhələli şəkildə fəaliyyət göstərməsi şərti ilə açılması nəzərdə tutulur.

Azvision.az


Teqlər: Türkiyə   Məktəb  





Xəbər lenti